Qızılın qiyməti rekord səviyyədə: Azərbaycana hansı təsirləri olacaq?
26.01.2026 [17:59]
Xəbərin mətni
Qlobal birjalarda qızılın qiyməti tarixi rekord həddə yüksələrək bir unsiya üçün 5 min ABŞ dollarını ötüb. Dünya bazarlarında müşahidə olunan bu bahalaşma ölkəmizdən də yan keçməyib. Paytaxtın zərgərlik mağazalarında qızıl məmulatlarının qiymətlərində artım müşahidə olunur. Qızılın bahalaşması Azərbaycan üçün də bir sıra mühüm iqtisadi üstünlüklər yaradır. Belə ki, ölkənin valyuta ehtiyatlarının müəyyən hissəsi qızıl aktivlərində saxlanılır.