AYNA: Yol hərəkəti təhlükəsizliyini artıran 60 layihə icra edilib
28.01.2026 [18:25]
Xəbərin mətni
Görülən işlər çərçivəsində 32 min yol nişanı, 407 ədəd LTP tipli məlumat lövhəsi quraşdırılıb, 1,7 milyon kvadratmetr xətlənmə işləri görülüb: “Ümumilikdə yol hərəkəti təhlükəsizliyini artıran 60 layihə icra edilib. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada bildirib.