Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir
23.09.2026 [18:42]
Xəbərin mətni
Azərbaycan paytaxtında IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb. “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusuna həsr olunan tədbirdə müasir dövrün təhlükəsizlik problemləri və onlara qarşı birgə mübarizə yolları müzakirə olunur. Dövlətlərin üzləşdiyi təhdidlər artıq yalnız hərbi və siyasi müstəvi ilə məhdudlaşmır. Terrorçuluq, transmilli cinayətkarlıq, qanunsuz miqrasiya, narkotik dövriyyəsi, kibercinayətkarlıq və informasiya təhlükəsizliyi bir-biri ilə əlaqəli çağırışlara çevrilib.