YAP Sədrinin müavini: Fəal siyasi dialoq Azərbaycan-Vyetnam əməkdaşlığının genişlənməsini şərtləndirir
29.01.2026 [11:15]
Xəbərin mətni
Azərbaycanın Vyetnamdakı səfirliyinin təşkilatçılığı ilə Hanoyda "Strateji tərəfdaşlıq - siyasi partiyaların aparıcı rolu" mövzusunda tədbir keçirilib. Tədbirdə Vyetnamın dövlət və hökumət rəsmiləri, diplomatik missiya təmsilçiləri, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri, Azərbaycanda təhsil almış vyetnamlı məzunlar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.