Əmlak Məsələləri Dövlət Xidmətinin bütün xidmətlərinin elektronlaşdırılması hədəflənir
29.01.2026 [13:38]
Xəbərin mətni
Ötən il elektron xidmətlərimizin sayı 41-ə çatdırılıb. Göstərdiyimiz bütün xidmətlərin tam elektronlaşdırılması bizim əsas hədəfimizdir. AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.