Elnur Mehdiyev: Eldar Quliyev təkcə pedaqoq deyil, həm də mənəvi dayaq idi
29.01.2026 [21:02]
Mən Xalq artisti Eldar Quliyevin ilk tələbələrindən biriyəm və bu gün də onun yolunu pedaqoji sahədə davam etdirirəm. Məhz bu sahədə çalışmağımın əsas səbəblərindən biri də Eldar müəllimdir. O, hər zaman tələbələrinə dəstək verən, pedaqogikaya xüsusi həssaslıqla yanaşan, olduqca müsbət və insanpərvər bir şəxsiyyət idi. Kinematoqrafiyanın sirlərini bizə böyük səbirlə, dərinliklə izah edir, düzgün istiqamət göstərirdi. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino-televiziya sənətləri” kafedrasının müdiri, ADMİU nəzdində fəaliyyət göstərən Tədris Film Kino Studiyasının baş direktoru, Xalq artisti Eldar Quliyevin tələbəsi Elnur Mehdiyev bildirib.