Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anar Bağırov: Ölkəmizdə vəkillərin sayı 3 dəfədən çox artaraq 2825-ə çatıb

31.01.2026 [15:00]

Xəbərin mətni

Son 3 ildə vəkilliyə test üsulu ilə 6 yazılı imtahan keçirilib. Ümumilikdə son 8 il ərzində bu rəqəm 16-ya çatıb Bu imtahanlarda 6 893 namizəd iştirak edib, onlardan 1 975 nəfər icbari təlim mərhələsini uğurla başa vuraraq and içib və nəticədə ölkəmizdə vəkillərin sayı 3 dəfədən çox artaraq 2825-ə çatıb. Qeyd olunanlardan 2706 nəfəri aktiv vəkillik fəaliyyəti ilə məşğuldur, 12 vəkilin fəaliyyəti müvəqqəti dayandırılıb, 107 vəkil isə dövlət qulluğundadır. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov VK üzvlərinin növbəti konfransında çıxışı zamanı deyib.