Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ötən il Azərbaycanda nüvə tədqiqatları və radiasiya təhlükəsizliyi ilə bağlı 1838 monitorinq keçirilib

02.02.2026 [11:35]

Xəbərin mətni

Azərbaycanın nüvə tədqiqatları və radiasiya təhlükəsizliyi sahəsində 2025-ci il üzrə əhəmiyyətli fəaliyyətlər həyata keçirilib. Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.