Azərbaycan Dövlət İnformasiya Agentliyi

İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

02.02.2026 [12:55]

Xəbərin mətni

Ötən il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) fəaliyyəti əsasən rəqəmsal inkişaf konsepsiyasının icrasına fokuslanıb, dövlət qurumları arasında məlumat və sənəd mübadiləsinin təhlükəsiz və fasiləsiz təmin edilməsi istiqamətində birgə tədbirlər həyata keçirilib. Bunu İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.