Lahıcın tarixi küçələrindən böyük arenalara
02.02.2026 [17:21]
Xəbərin mətni
Lahıc qəsəbəsinin 16 yaşlı gənc idmançısı Zəhra Şirəliyeva bu gün Azərbaycan gəncliyinin əzmkarlığını, iradəsini və potensialını öz uğurları ilə nümayiş etdirən parlaq nümunələrdən biridir. Qədim Lahıcın dar və daşlı küçələrində başlayan bu yol artıq böyük idman arenalarına doğru inamla irəliləyib. Hazırda 10-cu sinifdə təhsil alan Zəhra dörd ildir dərsdən sonra qəsəbə məktəbində fəaliyyət göstərən atletika dərnəyində məşqlərə qatılıb. Bununla yanaşı, o, fərdi şəkildə də üzərində ciddi və planlı şəkildə çalışıb. Bu əzmkarlığın nəticəsidir ki, Zəhra Şirəliyeva qaçış, eləcə də kros yarışlarında iştirak edərək 7 dəfə ölkə çempionu adını qazanıb.