Nərgiz Quliyeva: Gənclərin təsviri incəsənətə marağı artmaqdadır
02.02.2026 [19:53]
Xəbərin mətni
"Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin təşkilatçılığı ilə təqdim olunan “Bu günün rəssamı” layihəsi çərçivəsində gənclərin sənətə və yaradıcılığa artan marağı bir daha diqqət çəkir. Xüsusilə son dövrlər təsviri incəsənətə marağın artması sevindirici haldır. Gənclər muzeylərə üz tutur, özləri də incəsənətlə yaxından maraqlanırlar. Sərgidə bunu aydın şəkildə görmək mümkündür və burada bir-birindən maraqlı əsərlər nümayiş etdirilir. Bunu AZƏRTAC-a açıqlamasında “Nargiz Art Studio”nun rəhbəri, istedadlı rəssam Nərgiz Quliyeva bildirib.