Rumıniyalı mütəxəssis: BANM-də formalaşdırılmış kibertəhlükəsizlik mühitinə bir çox Avropa ölkələrində nadir rast gəlinir
03.02.2026 [16:31]
Xəbərin mətni
BANM-də SOCAR-ın dəstəyi ilə formalaşdırılmış kibertəhlükəsizlik mühiti bir çox Avropa ölkələrində belə nadir rast gəlinən nümundir. Bu yanaşma gənclərə olan etimadı, strateji baxışı və gələcəyə yönəlmiş düşüncə tərzini əks etdirir. Bunu Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun (ICI Buxarest) elmi direktoru Carmen Elena Cirnu Bakı Ali Neft Məktəbində keçirilən tədbirdə çıxışı zamanı deyib.