Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yusif Vəliyev: Gənclərin intellektual yarışlara marağı ildən-ilə artır

03.02.2026 [16:40]

Xəbərin mətni

2 Fevral - Gənclər Günü Azərbaycan dövlətinin gənclərə olan bir ümidinin rəmzidir. Bu gün, həmçinin Ulu Öndər Heydər Əliyevin gənclərə mirasıdır. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində gənclər dövlətin mərkəzinə gətirildi. Bu siyasət Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunu Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev "Gəncİntellekt" tədbirində çıxış edərkən deyib.