Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yerin təkindən xəbər verənlər - Zəlzələlərin Tədqiqatı Bürosundan REPORTAJ

03.02.2026 [17:21]

Xəbərin mətni

Zəlzələlər yer qabığının tektonik hərəkətləri nəticəsində yaranan dağıdıcı təbii fəlakətlərdir. Yeraltı təkanların əvvəlcədən dəqiq proqnozlaşdırılması mümkün olmasa da, onların tədqiqi nəticəsində təhlükəsizlik tədbirləri gücləndirilir. Davamlı binaların tikilməsi, fövqəladə hallar planlarının hazırlanması və əhalinin düzgün davranış qaydalarını bilməsi insan itkilərinin qarşısını almağa kömək edir. Azərbaycan da seysmik cəhətdən fəal zonada yerləşdiyi üçün ölkəmizdə seysmoloji tədqiqatlar mühüm elmi və praktiki əhəmiyyət daşıyır.