Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kərkicahan tam orta məktəbi - İllərin arzusundan gerçəkliyə

04.02.2026 [13:21]

Xəbərin mətni

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi Qarabağda keçmiş məcburi köçkünlərin qayıdışının təmin olunduğu yaşayış məntəqələrindəndir. Uzun illərdən sonra doğma sakinlərini yenidən qoynuna alan qəsəbədə həyat canlanıb. Qayıdışın səsi təkcə küçələrdə, evlərdə deyil, məktəbdə, sinif otaqlarında da eşidilir. Qəsəbədə həyatın digər sahələri ilə yanaşı təhsil də yenidən bərpa olunub.