"GəncTALKS"ın iştirakçısı: Güclü tərəflərinizi kəşf edin
04.02.2026 [18:18]
Xəbərin mətni
Əlil olandan sonra təhsilə üz tutdum, güclü tərəflərimi kəşf etdim. İnformasiya texnologiyaları üzrə təhsil aldım, bu sahədən gəlir əldə etməyə başladım. Ancaq sevdiyim peşə qrafik dizaynı oldu. Həm arzuma çatdım, həm də indi istədiyim işlə məşğulam. Bunu əlilliyi olan gənclər üçün motivasiya platforması - "GəncTALKS"da çıxış edən hərəkət qabiliyyəti məhdud olan əlil Ramin Binnətov bildirib.