Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarşılıqlı səfərlər, güclənən əməkdaşlıq: Bakı–Əbu-Dabi xətti

04.02.2026 [18:42]

Xəbərin mətni

2025-ci ildə Prezident İlham Əliyev üç dəfə Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Qarşılıqlı əməkdaşlıq çərçivəsində BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan da ölkəmizdə səfərdə olub. Liderlərin intensiv təmasları Azərbaycan-BƏƏ münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. Bu görüşlər yalnız siyasi dialoqu möhkəmləndirmir, eyni zamanda iqtisadi və hərbi əməkdaşlığın da dinamikasını artırır. Azərbaycan və BƏƏ arasında energetika sahəsində tərəfdaşlıq prioritet istiqamətlərdən biridir. 2025-ci il iyulun 9-da imzalanmış “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” isə ikitərəfli iqtisadi münasibətlərdə keyfiyyətcə yeni mərhələnin əsasını qoyub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI