Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ədalətin təntənəsi: Xalqımıza qarşı cinayət törədənlər cəzasız qalmadı

04.02.2026 [20:18]

Xəbərin mətni

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ağır sınaqlarla, ədalətsiz mövqe ilə üzləşdi. Torpaqlarımız Ermənistanın işğalına məruz qaldı, vətəndaşlarımız öz yurd-yuvasından didərgin düşdü. Təxminən 30 il sonra Azərbaycan tarixi ədaləti bərpa etdi. 44 günlük Vətən müharibəsində tam qələbə qazanmaqla ərazilərimizi işğaldan azad etdi. Dünya hərb tarixinə öz adını qızıl hərflərlə yazdırdı. Xalqımıza qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılmasına nail oldu.