Azərbaycan Dövlət İnformasiya Agentliyi

Corc Vaşinqton Universitetində Azərbaycan muğamına həsr edilən təqdimat

19.10.2015 [11:39]

Xəbərin mətni
ABŞ-ın Corc Vaşinqton Universitetinin Elliot adına Beynəlxalq Əlaqələr Məktəbində Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutu yanında Mərkəzi Asiya Araşdırmaları Cəmiyyətinin 16-cı illik konfransı keçirilib. Konfrans çərçivəsində muğam üzrə məşhur amerikalı mütəxəssis Cefri Verbokun “Muğamın sehri: Azərbaycanın sirli musiqisi” mövzusunda təqdimatı olub.