Azərbaycan Dövlət İnformasiya Agentliyi

UN-Habitat: Azərbaycan mənzil məsələləri üzrə Açıq Tərkibli İşçi Qrupunun birgə əlaqələndiricisi kimi mühüm rol oynayır

06.02.2026 [15:46]

Xəbərin mətni

Dünya Şəhərsalma Forumu (WUF) BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təxminən 20 il əvvəl maraqlı tərəfləri bir araya gətirmək məqsədilə yaradılıb. Bu il WUF13 mənzil məsələlərinə həsr olunub və bu sahə ötən il 105 üzv dövlət tərəfindən təsdiqlənmiş UN-Habitat strateji planında əsas prioritetlərdəndir. Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rosbax bildirib.