Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsrail səfiri: Kibertəhlükəsizlik artıq yalnız texniki sahə deyil, strateji prioritetdir

09.02.2026 [11:58]

Xəbərin mətni

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təkcə təlim müəssisəsi deyil, eyni zamanda vizyonun, insan kapitalına yatırımın və bilik gücünə inamın simvoludur. Bu sözləri İsrailin Azərbaycandakı səfiri Ronen Kraus fevralın 9-da Bakıda Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günü mərasimində çıxışı zamanı deyib.