“Technion” Universitetinin direktoru: Azərbaycan kibertəhlükəsizlik sahəsində güclü insan kapitalı formalaşdırır
09.02.2026 [12:13]
Xəbərin mətni
Son üç il ərzində 300-dən artıq mütəxəssis hazırlayan Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ölkənin kibertəhlükəsizlik potensialının gücləndirilməsində mühüm dayağa çevrilib. Müasir dövrdə kibertəhlükəsizlik artıq yalnız texniki peşə deyil, kritik infrastrukturun qorunması, etimadın təmin edilməsi və innovasiyaların cəmiyyətə xidmət etməsi baxımından böyük məsuliyyətdir.