Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kuş Çoksi: Dünən Bakıda çox məhsuldar bir gün keçirdik

10.02.2026 [10:40]

Xəbərin mətni

Biz məmnunuq ki, Azərbaycana səfər zamanı 31-dən çox şirkəti və 60 nəfərlik, bütün sektorları təmsil edən çox geniş tərkibli nümayəndə heyəti təşkil edə bildik. Dünən Bakıda çox məhsuldar bir gün keçirdik. Bu gün də eyni dərəcədə səmərəli görüşlər gözləyirik. Bunu Bakıda jurnalistlərin suallarını cavablandıran ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi bildirib.