Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kuş Çoksi: Azərbaycan bazarında fəaliyyət göstərməyin üstünlükləri çoxdur

10.02.2026 [10:50]

Xəbərin mətni

Azərbaycan bazarında fəaliyyət göstərməyin əsas üstünlükləri həqiqətən də çoxdur. Onlardan ikisini qeyd edim: ölkənin hazırkı inkişaf mərhələsi və möhtəşəm infrastrukturu. Azərbaycan enerji resurslarından istifadə edərək iqtisadiyyatını şaxələndirib. Bundan əhali də geniş şəkildə faydalanıb. Turizm sektorunda böyük imkanlar var – xizək kurortları, zəngin tarix və Bakının təklif etdiyi imkanlar. Amerika şirkətləri artıq burada bir çox hotelin tikintisi ilə maraqlanır. Bu sözləri Azərbaycanda səfərdə olan ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi AZƏRTAC-ın sualına cavab verərkən bildirib.