ABŞ Ticarət Palatasının baş vitse-prezidenti: Azərbaycan iqtisadiyyatının ən gözəl tərəfi onun müxtəlifliyidir
10.02.2026 [11:01]
Xəbərin mətni
Mən ABŞ və Azərbaycan şirkətləri arasında əməkdaşlıq üçün potensialı olan bir neçə sahəni vurğulaya bilərəm. Azərbaycan iqtisadiyyatının ən gözəl tərəfi onun müxtəlifliyidir. Bu gün hətta enerji sektoru iqtisadiyyatın yalnız kiçik bir hissəsini təşkil edir. Bu da göstərir ki, iqtisadiyyat çox geniş və şaxəlidir. Bunu Bakıda jurnalistlərin suallarını cavablandıran ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi bildirib.