Azərbaycan Dövlət İnformasiya Agentliyi

Agentlik rəisi: Ötən il müəssisələrdə 14 min 992 qayda pozuntusu qeydə alınıb

10.02.2026 [11:57]

Xəbərin mətni

Ötən il müəssisələrdə 14 min 992 qayda pozuntusu qeydə alınıb və onların aradan qaldırılması ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, təhlükəli vəziyyətdə istismar olunan 144 qurğunun istismarına məhdudiyyət tətbiq edilib. Bunu Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Agentliyinin rəisi Vüsal Ağayev 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.