Kristof Frerinq: “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” şəhərlərə iqlim öhdəliklərinin icrasında dəstək verir
10.02.2026 [15:28]
Xəbərin mətni
“Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsünün əsas məqsədi bu icmaya qoşulan şəhərləri dəstəkləmək və onların üzərinə götürdükləri öhdəliklərin icrasına kömək göstərməkdir. Hazırda Azərbaycanda bu layihəyə 10 şəhər qoşulub. Məqsədimiz gələcəkdə bu şəhərlərin sayını artırmaqdır. Bunu “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü komandasının rəhbəri Kristof Frerinq “Azərbaycanda merlərin razılaşması – Şərq” tədbirində çıxışı zamanı deyib.