Virtual tələlər: oyunlar uşaqların psixologiyasını necə dəyişir?
10.02.2026 [22:03]
Gələcəyin cəmiyyəti bu gün uşaqlıq yaşayan nəsildən asılıdır. XXI əsrin rəqəmsal aləmi - oyunlar, sosial şəbəkələr və texnologiyalar uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bu vasitələr həm öyrənmə, həm əyləncə potensialı daşısa da, uzunmüddətli və nəzarətsiz istifadə psixoloji və davranış problemlərinə yol aça bilər. Belə vəziyyət valideynlər üçün ciddi suallar doğurur. Virtual dünyada uşaqları risklərdən necə qorumaq olar?