Nazir müavini: Azərbaycanda kağızsız hökumət modelinə keçid il ərzində 5700 ağacın kəsilməsinin qarşısını alır
11.02.2026 [13:25]
Xəbərin mətni
Azərbaycanda rəqəmsal transformasiya dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycan–Türkiyə İKT Biznes Forumunda çıxışı zamanı bildirib.