Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sadiq Qurbanov: Kitab Azərbaycanın neft tarixinin müxtəlif mərhələlərini sistemli şəkildə əhatə edir

11.02.2026 [17:15]

Xəbərin mətni

“Neft və Davamlı inkişaf: Azərbaycan enerji strategiyası” kitabı üç cilddən ibarətdir və Azərbaycanın neft tarixinin müxtəlif mərhələlərini sistemli şəkildə əhatə edir. Birinci hissədə Azərbaycan neftinin qədim dövrlərdən başlayaraq bu günədək keçdiyi inkişaf yolu təqdim olunur. Burada neft uğrunda aparılan mübarizə, okeanın o tayından ölkəmizə gələn xarici iş adamlarının fəaliyyəti, eləcə də Azərbaycanda neft sənayesi ətrafında formalaşmış iqtisadi və sosial münasibətlər sistemi geniş şəkildə təhlil edilir. Xüsusilə Azərbaycanın ilk neft sərmayədarları barədə məlumatlar var kitabda. Bu fikirləri jurnalistlərə açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, “Neft və Davamlı inkişaf: Azərbaycan enerji strategiyası” kitabının müəllifi Sadiq Qurbanov bildirib.