Nigar Arpadarai: Azərbaycanın kibercinayətkarlıqla mübarizə aparmağa imkan verən beynəlxalq mexanizmlərə qoşulması qaçılmazdır
12.02.2026 [15:33]
İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq və artıq hamımız qlobal şəbəkənin ayrılmaz hissəsiyik. Bu reallıq cinayətkarlığın da rəqəmsal müstəviyə keçməsinə səbəb olub. Demək olar ki, hər gün kibercinayətkarlığın müxtəlif formaları ilə üzləşən insanların hekayələrini eşidirik. Kibercinayətkarlığın sərhədləri yoxdur və bu çağırışla mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi bütün ölkələr üçün dəyişməz reallıqdır. Bu baxımdan Azərbaycanın hüquq-mühafizə orqanlarının kibercinayətkarlıqla mübarizə aparmağa imkan verən müxtəlif beynəlxalq mexanizmlərə qoşulması qaçılmazdır. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai səsləndirib.