Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türk şirkət rəhbəri: Azərbaycanda rəqəmsallaşma sahəsində yerli qurumlarla əməkdaşlıq edəcəyik

12.02.2026 [15:55]

Xəbərin mətni

“Sistem Global” 30 illik təcrübəyə malikdir və 1996-cı ildən etibarən məsləhət xidməti sahəsində geniş fəaliyyət göstərir. Bakıda açılan ofis vasitəsilə rəqəmsallaşma, biznesin inkişafı və müxtəlif layihələrin icrası istiqamətində yerli qurumlarla əməkdaşlıq etməyi planlaşdırırıq. Eyni zamanda, Türkiyə şirkətlərinə Azərbaycan və region üzrə mövcud və perspektiv imkanlar barədə məlumat verib, yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına dəstək göstərəciyik. Bu barədə “Sistem Global” şirkətinin direktoru Yuliya Çimen deyib.