Gənc yazıçı: İlk romanıma hələ ad qoymamışam
12.02.2026 [16:54]
Xəbərin mətni
Bu il daha iki kitabım çap olunacaq. Bunlar yeni romanım və hekayələr kitabıdır. Bundan başqa, bir bəstəkarla musiqi əsəri üzərində işləyirik. Həmin musiqi əsərinin müəllifi mən olacağam. Hazırda librettoya gənc bəstəkarlarımızdan biri musiqi bəstələyir. Düşünürəm ki, yaradıcılığımda 2026-cı ilin ən böyük və uğurlu hadisəsi Mikayıl Müşfiqin yaradıcılığına və həyatına həsr edilmiş musiqi əsəri olacaq. Bunu gənc yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım Aydın deyib.