Sekuta: Vitse-prezidentin səfəri ABŞ-ın regionu dünyanın vacib bir hissəsi kimi gördüyünü göstərir
13.02.2026 [10:46]
ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri Azərbaycanla ABŞ arasındakı münasibətlərdə böyük bir hadisədir, böyük bir addımdır. Bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib. O, bildirib ki, bu, ABŞ-ın Azərbaycanla, regionla əlaqə qurmaqda ciddi olduğunu və bunu dünyanın vacib bir hissəsi kimi gördüyünü göstərir. Keçmiş səfir qeyd edib ki, iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası əsasən bir çərçivədir. “O, iqtisadiyyat, texnologiya, enerji, təhlükəsizlik sahələrində əməkdaşlığı müəyyən edir. Bunlar bir növ əsas sahələrdir. Həmçinin strateji tərəfdaşlığa aid olmayan vacib bir prinsipi müəyyən edir və bu, özəl sektorun oynamalı olduğu roldur. Bu, administrasiya üçün yeni bir addımdır və bir inkişafdır”, - deyə R.Sekura bildirib.