Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ariel Kohen: Vensin səfəri Tramp administrasiyasının Ağ Evdə bağlanmış tarixi sülh müqaviləsinin tam arxasında dayandığını göstərir

13.02.2026 [10:50]

Xəbərin mətni

Vitse-prezident Vensin Cənubi Qafqaza səfəri tarixi bir səfərdir və bu, Tramp administrasiyasının 2025-ci ilin avqust ayında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ-ın vasitəçiliyi ilə Ağ Evdə bağlanmış tarixi sülh müqaviləsinin tam arxasında dayandığını göstərir. Bu sözləri amerikalı ekspert Ariel Kohen deyib. Onun sözlərinə görə, bu, həm də ABŞ-ın regionda təkcə diplomatik yolla deyil, həm də enerji, təhlükəsizlik, müdafiə, investisiya və s. baxımından mövcud olacağı deməkdir. O, Azərbaycan, Ermənistan və bəlkə də Gürcüstanın bir gün bütün istiqamətlərlə, dünyanın bütün hissələri ilə, Çin, Rusiya, eləcə də Avropa və ABŞ ilə əlaqədə olacağını bildirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI