Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lahıcda zamanın səsi: 77 yaşlı sakinin radio muzeyi

13.02.2026 [17:32]

Xəbərin mətni

Bir zamanlar radio hər evin ən qiymətli əşyalarından sayılırdı. Şkafın üzərində və ya evin ən diqqət çəkən hissəsində saxlanılan bu cihazın ətrafına axşamlar bütün ailə üzvləri toplaşardı. Paytaxtdan gələn son xəbərlər, uzaq şəhərlərin sədası və sevilən ifaçıların mahnıları məhz bu “sehirli qutu”dan yayılardı. Radio açılanda evdə hamı susar, o danışardı...