Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq
14.02.2026 [13:15]
Xəbərin mətni
Tarixi sənədin Ağ Evdə Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə imzalanması o deməkdir ki, münaqişə bitib və biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq. AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münxendə “France 24” telekanalının müxbirinə müsahibəsində deyib.