Baş həkim: Dəm qazından zəhərlənən uşaqların vəziyyəti ağır stabil olaraq qiymətləndirilir
14.02.2026 [16:29]
Xəbərin mətni
Fevralın 14-ü saat 09:10 radələrində Təcili Tibbi Yardım Xidmətinin köməyi ilə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili yardım şöbəsinə bir ailənin 5 azyaşlı üzvü dəm qazından zəhərlənmə şübhəsi ilə daxil olub. Xəstələr 3, 5, 6, 7 və 8 yaşlı uşaqlardır. Onların vəziyyəti daxil olarkən çox ağır qiymətləndirilib.