Xəbərin mətni
Sülh prosesi sayəsində Azərbaycan üçün tamamilə yeni imkanlar yaranıb. AZƏRTAC xəbər verir ki, bu fikri Almaniya Bundestaqının xarici siyasət komitəsinin sədri Armin Laşet Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən sonra AZƏRTAC-a və Azərbaycan Televiziyasına müsahibəsində deyib.