Azərbaycan Dövlət İnformasiya Agentliyi

İRİA: Rəqəmsallaşma dövründə praktiki bacarıqların artırılması xüsusi əhəmiyyət daşıyır

16.02.2026 [12:21]

Xəbərin mətni

Rəqəmsallaşma dövründə nəzəri biliklərlə yanaşı praktiki bacarıqların artırılması xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi dövlət qurumları ilə birgə yeni təlim proqramı həyata keçirir. Təlim çərçivəsində tələbələr real və simulyasiya layihələrində iştirak etməklə əmək bazarına daha hazırlıqlı müraciət edəcək, həm ölkə daxilində, həm də xarici şirkətlərdə iş imkanları əldə etmək şansı qazanacaqlar. Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov bildirib.