Azərbaycan Dövlət İnformasiya Agentliyi

BƏƏ-li nazir: Azərbaycanla olan Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi faydalı əlaqələrin qurulması üçün möhkəm təməl yaradıb

16.02.2026 [14:17]

Xəbərin mətni

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Azərbaycanın iqtisadi əlaqələrinin tənzimlənməsi üçün 2025-ci ildə imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi var. Bu saziş səmərəli əməkdaşlıqlar, qarşılıqlı faydalı əlaqələrin qurulması üçün möhkəm təməl və əlerişli imkanlar yaradıb. Bu sözləri BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdullah Al Dahak Bakıda keçirilən Azərbaycan-BƏƏ qida və kənd təsərrüfatı işgüzar dəyirmi masasında çıxışı zamanı deyib.