AZPROMO: Azərbaycan və BƏƏ-nin biznes əlaqələrini genişləndirmək üçün böyük potensialı var
16.02.2026 [15:36]
Xəbərin mətni
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında biznes əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Hər iki dövlətin biznes strukturları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri tərəflərə gəlir və etimad qazandıra bilər. Ölkələrimiz arasındakı münasibətlərin yüksələn xətlə inkişafı biznes üçün olduqca əlverişli imkanlar açır. Bu sözləri İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-BƏƏ qida və kənd təsərrüfatı üzrə işgüzar dəyirmi masada çıxışı zamanı deyib.