Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yenikənd su anbarında ekoloji nəzarət gücləndirilib

16.02.2026 [16:29]

Xəbərin mətni

Şəmkir Dövlət Təbiət Yasaqlığının ərazisində yerləşən Yenikənd su anbarı və ətraf ərazilərində bir müddət əvvəl aparılmış ekoloji monitorinq və nəzarət tədbirləri zamanı bir sıra ekoloji qanun pozuntuları aşkar olunub. Qeydə alınan pozuntular su anbarında və ətraf sahələrdə ekoloji tarazlığa mənfi təsir göstərməklə yanaşı, ətraf mühitə, bütövlükdə ekosistemə zərər vurulması ilə nəticələnirdi.