Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdam sakini: Bu gün bizim üçün çox əlamətdardır

17.02.2026 [10:19]

Xəbərin mətni

Bizim üçün çox əlamətdar gündür. Biz doğma yurdumuz olan Ağdam şəhərinə qayıdırıq. Şəhər artıq öz sakinlərini qəbul edir və biz bunu böyük sevinc və qürur hissi ilə qarşılayırıq. Bu anı illərlə gözləmişik. Bu sözləri Ağdam şəhərinə qayıdan keçmiş məcburi köçkün Vəzir Əliyev söyləyib.