Allahşükür Paşazadə: Dünya üçün sülhün təşviqindən vacib heç nə ola bilməz
17.02.2026 [12:47]
Xəbərin mətni
Builki Ramazan ayı da ölkəmizin və xalqımızın taleyinə Prezident İlham Əliyevin siyasi qüdrəti və qətiyyəti sayəsində davam edən Zəfər ab-havasında daxil olur. Qarabağın bütün bölgələrində dövlət bayrağının dalğalanması, məscidlərin minarələrindən azan səslərinin ucalması, tarixi ədalətin - ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası Qalib xalq olaraq bizə böyük qürur və fəxr hissi bəxş edir. Bu fikirləri bu gün Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının (QMİ) Ramazan ayı ilə əlaqədar iclasında QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.