Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sosial şəbəkələrdə “sərfəli kredit” elanları verən şəxs saxlanılıb

17.02.2026 [13:38]

Xəbərin mətni

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə bir neçə bank olmayan kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq saxta elanlar yerləşdirib aşağı faizli kreditlər təklif edən 22 yaşlı Hacızeynal Hacıyev saxlanılıb. Bu üsulla onun vətəndaşları aldadaraq külli miqdarda pul vəsaitini taladığı məlum olub. Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.