QMİ-nin sədr müavini: Ramazan orucunu sağlam insanlar tutmalıdır
17.02.2026 [16:51]
Xəbərin mətni
Ramazan orucunu sağlam insanlar tutmalıdır. Xəstələrə isə güzəşt edilir. Məsələn, şəkər və təzyiq xəstələri, mütəmadi qidalanmalı və ya dərman qəbul etməli olan şəxslər oruc tutmaya bilərlər. Eyni zamanda, səfərdə olan şəxslərə də güzəşt var. Qısamüddətli səfərə çıxanlar sonradan həmin günlərin qəzasını tuturlar. Daim səfərdə olanlar isə imkan və şərait daxilində orucu davam etdirə bilərlər. Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayev deyib.