Zabux məktəbliləri mina təhlükəsi ilə bağlı maarifləndirilib
18.02.2026 [13:11]
Xəbərin mətni
İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" Proqramı çərçivəsində sakinlərin təhlükəsizliyinin təmin edilməsi və mina təhdidlərinə qarşı mübarizə məqsədilə maarifləndirmə tədbirləri genişləndirilir. Bu silsilədən növbəti görüş Laçın rayonunun yenidən salınmış Zabux kəndində məktəbli uşaqlar üçün təşkil olunub.