Çinli ekspert: Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində regional mərkəzə çevrilir
18.02.2026 [14:33]
Xəbərin mətni
Çinin “Bir kəmər, bir yol” təşəbbüsü qlobal miqyasda əhəmiyyətli layihədir və bir çox ölkələr, insanlara real fayda gətirib. Bu təşəbbüsün əsas məqsədi dünya ölkələri arasında iqtisadi əlaqələri möhkəmləndirmək, ticarət marşrutlarını genişləndirmək və xüsusilə inkişaf etməkdə olan ölkələrdə infrastruktur çatışmazlığını aradan qaldırmaqdır. Bunu Çinin Tsinghua Universitetinin Beynəlxalq Təhlükəsizlik və Strategiya Mərkəzinin sədri Zhou Bo bildirib.