Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şiri Şiriyev: Müzakirələr C6 formatında etimadın möhkəmləndirilməsinə töhfə verəcək

18.02.2026 [14:48]

Xəbərin mətni

C6 formatının strateji əhəmiyyəti olduqca böyükdür. Bu platforma təkcə dialoq üçün məkan deyil, eyni zamanda, qlobal qeyri-sabitlik şəraitində ortaq həll yollarının tapılmasına, qarşılıqlı faydaya əsaslanan davamlı iqtisadi əlaqələrin qurulmasına və humanitar əməkdaşlıq, təcrübə mübadiləsi vasitəsilə etimadın möhkəmləndirilməsinə xidmət edən canlı mexanizmdir. Bunu Türkmənistan XİN-in Beynəlxalq Münasibətlər İnstitutu yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev fevralın 18-də Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək -Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI